Məsuliyyətin Məhdudlaşdırılması

1. Bank Əməliyyatları: "İmtahan.site" platforması birbaşa ödəniş sistemi deyil və "kartdan-karta" köçürmələr bank tərəfindən icra olunur. Köçürmə zamanı yaranan bank xətalarına görə platforma məsuliyyət daşımır.

2. İstifadəçi Xətaları: Yanlış karta və ya yanlış məbləğdə edilən köçürmələr zamanı istifadəçi tam məsuliyyət daşıyır. Platforma yanlış köçürmələri geri qaytarmağa zəmanət vermir.

3. Manual Təsdiq: Balans artırma sorğuları operatorlar tərəfindən əl ilə yoxlanılır. İş yükündən asılı olaraq təsdiq müddəti 10-15 dəqiqədən çox çəkə bilər. Gecikmə hallarına görə platforma məsuliyyət daşımır.

4. Dələduzluq Şübhəsi: Saxta çek və ya şübhəli əməliyyat aşkar edilərsə, sorğu dərhal ləğv edilir və hesab bloklana bilər.